Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, Prezidentin sözlərinə görə, Koreya yarımadasında münaqişənin qarşısını almaq üçün Seul və Pxenyan bir-birinə münasibətdə daha az aqressiv mövqe tutmalıdır.
“İnklüzivlik və qarşılıqlı hörmət prinsipləri əsasında sülh şəraitində birgəyaşayışa çalışmalıyıq. Öz baxışlarımızdan, qaydalarımızdan və institutlarımızdan başlayaraq daha az aqressiv olmağa çalışmalıyıq”, – deyə Li Ce Men bildirib.
O deyib ki, hələ 2025-ci ildə KXDR-də mövcud siyasi sistemə hörmətlə yanaşmağa və Koreya yarımadasının birləşdirilməsinə Şimali Koreyanın Cənubi Koreya tərəfindən mənimsənilməsi yolu ilə nail olmağa çalışmamağa hazır olduğunu bəyan edib. Seulun Pxenyana qarşı düşmənçilik planlarının olmadığını da vurğulayıb.
Li Ce Men Cənub və Şimalın sülh şəraitində birgəyaşayış və ümumi rifaha nail olmaq üçün dialoqa başlamasının vacibliyini bildirib. Onun sözlərinə görə, dialoq “güzəşt deyil, sülh şəraitində birgəyaşayışın başlanğıcı” olacaq.
Cənubi Koreya lideri həmçinin Koreya yarımadasında atəşkəs rejisinin yerinə davamlı sülh sisteminin yaradılmasına çağırıb. Bunun üçün gərginliyin və mümkün münaqişələrin qarşısının alınması mexanizmlərinin formalaşdırılmasının vacib olduğunu bildirib.
Li Ce Men bildirib ki, Koreya yarımadasında sülhün təmin olunması bütün Şimal-Şərqi Asiyada sabitliyə müsbət təsir göstərə bilər və gələcəkdə nüvə silahlarından qlobal səviyyədə imtina prosesinə yol aça bilər.
KXDR rəhbərliyi dəfələrlə ölkənin nüvə dövlət statusunun müzakirə mövzusu olmadığını bəyan edib.
Bizimyol.info