Cənubi Koreya prezidenti KXDR lə münasibətləri yaxşılaşdırmaq istəyir

03.07.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 iyul, AZƏRTAC

Cənubi Koreya ABŞ-la koordinasiya əsasında KXDR-lə münasibətləri yaxşılaşdırmalıdır.

AZƏRTAC xəbər verir ki, Koreya Respublikasının Prezidenti Li Çje Men bunu Yonhap agentliyinin təşkil etdiyi mətbuat konfransında deyib.

Pxenyanla dialoqun bərpasının hazırda çətin olduğunu etiraf edən dövlət başçısının fikrincə, danışıqları tamamilə dayandırmaq axmaqlıqdır. O, həmçinin Seulun bu yaxınlarda Şimali Koreya ilə sərhəddə təbliğat yayımını dayandırmasının əlaqələrin bərpasına töhfə verəcəyinə ümidini bildirib.

Seulun KXDR-lə sərhəddə təbliğat yayımını dayandırmasına Pxenyan da analoji cavab verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью