Cənubi Koreya prezidenti vətənə xəyanətdə ittiham oluna bilər AÇIQLAMA

04.12.2024

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənubi Koreyanın müxalifət partiyası “Toburo” ölkə prezidenti Yun Sok Yeol və müdafiə naziri Kim Yong Hyunu vətənə xəyanətdə ittiham etmək niyyətindədir.

Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi partiyanın sözçüsü Ço Sın Re bildirib.

Onun sözlərinə görə, buna səbəb əvvəllər tətbiq edilən hərbi vəziyyət olub.
Hakimiyyətin siyasi opponentlərinin fikrincə, bu qərar Cənubi Koreya konstitusiyasının pozulması idi.

“Biz prezident Yunu, milli müdafiə naziri Kim Yonq Hyunu və nazir Li San Mini vətənə xəyanətdə günahlandıracağıq və onların impiçmentini tələb edəcəyik”, – Ço Sın Re deyib.

Azpost.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью