Cənubi Koreya prezidenti xalqından ÜZR İSTƏDİ: Bir daha olmayacaq

07.12.2024

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreya prezidenti Yun Sok Yol hərbi vəziyyət tətbiq etdiyinə görə xalqından üzr istəyib. 

Sfera.az bildirir ki, o bu barədə televiziyada canlı çıxışı zamanı bildirib.

“Hərəkətlərimə görə dərindən üzr istəyirəm”, -  ölkə başçısı deyib. 

O həmçinin öz hərəkətlərinə görə məsuliyyət daşıyacağına və lazım gələrsə, cəzadan yayınmağa çalışmayacağına söz verib: “Hərbi vəziyyətin elan edilməsi ilə bağlı hərəkətlərə görə siyasi və hüquqi məsuliyyətdən yayınmağa çalışmayacam”.

Yun Sok Yol bir daha hərbi vəziyyət elan etməyəcəyini də vurğulayıb: “İkinci hərbi vəziyyət kimi bir vəziyyət olmayacaq. Yaratdığım narahatlığa görə vətəndaşlardan üzr istəyirəm”.

Qeyd edək ki, prezidentin impiçmenti üzrə səsvermənin dekabrın 7-də keçirilməsi gözlənilir. Bildirilir ki, prezidentin hakimiyyətdən uzaqlaşdırılması üçün deputatların 200 səsi lazımdır. İmpiçment elan edilməsi təklifi parlamentin 191 üzvü tərəfindən irəli sürülüb. 

Günay

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью