Cənubi Koreya Prezidentindən dron insidentinə sərt reaksiya | Icma.az
Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Li Ce Myonq ölkənin Müdafiə Nazirinin işini tənqid edib Cənubi Koreya Prezidenti Li Ce Myonq bu yaxınlarda Cənubi Koreya ərazisindən Şimali Koreyaya doğru atılan pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə sərt reaksiya verib.
AYNA.AZ “Yonhap” agentliyinə istinadən bildirir ki, Prezident hadisə ilə bağlı iclas keçirib və ölkənin Müdafiə Nazirinin işini tənqid edib.
Cənubi Koreya lideri bildirib ki, "Mülki şəxsin Şimali Koreya ərazisinə pilotsuz təyyarə göndərməsi qəbuledilməzdir".
Seulun məlumatına görə, PUA-nı fərdi şəxs istehsal edib və qonşu dövlətə göndərib. Cinayətkar saxlanılıb.
İlkin araşdırmalar göstərir ki, o Şimali Koreyanın uran kompleksi yaxınlığında radiasiya səviyyəsini öyrənmək istəyi ilə bu addımı atıb.
Həmçinin məlum olub ki, təqsirləndirilən şəxs Şimali Koreyaya üç dəfə dron göndərib və onlardan yalnız biri geri qayıdıb.
Qeyd edilib ki, yanvarın əvvəlində Şimali Koreya Cənubi Koreyanın ötən ilin sentyabrında və bu ilin yanvarında dron hücumları həyata keçirməklə suverenliyini pozduğunu iddia edib.
Tam oxu
Xəbəri oxu