Cənubi Koreya prezidentinə xəbərdarlıq edilib

03.12.2024

Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.

Cənubi Koreya müxalifəti ölkə Prezidentinə onun hərəkətlərinin qanunsuzluğu barədə xəbərdarlıq edib.Bu barədə müxalif "Koreyanı bərpa et” partiyasının rəhbəri Ço Quk deyib.

O bildirib ki, Yun Sok Yol ölkədə hərbi vəziyyətin ləğvi ilə bağlı parlamentin qətnaməsini yerinə yetirməyə borcludur.

Əks halda onun hərəkətləri qanunsuz hesab ediləcək və bu da cinayət məsuliyyəti deməkdir.

Ço Quk hərbi vəziyyətin tətbiqi prosedurunun qanunauyğun olmadığını vurğulayıb. Onun sözlərinə görə, hərəkətləri ölkə liderinin vəzifədən uzaqlaşdırılmasına səbəb ola bilər.


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью