Cənubi Koreya prezidentinin reytinqi 13 faizə düşüb

06.12.2024

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Cənubi Koreya lideri Yun Sok Yöl ölkədə hərbi vəziyyət elan etmək cəhdindən sonra onun reytinqi 13%-ə qədər düşüb.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi “Gallup” sosioloji şirkətinin sorğusuna istinadən məlumat yayıb.

Prezidentin populyarlığı altı faiz bəndi azalıb ki, bu da onun 2022-ci ilin mayında vəzifəyə gəldiyindən bəri ən aşağı göstəricidir.

Sorğu dekabrın 3-dən 5-dək ölkədə 1001 yetkin şəxs arasında keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью