Cənubi Koreya qəzadan sonra hava limanını bağlayıb Bütün uçuşlar ləğv edilib

29.12.2024

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Koreyanın “Jeju Air” aviaşirkətinin Boeing 737-800 təyyarəsinin qəzaya uğramasından sonra ölkənin Muan Beynəlxalq Hava Limanında bütün daxili və beynəlxalq reyslər ləğv edilib.

Azpost.info xəbər verir ki, dəlil toplamaq üçün uçuş-enmə zolağı da mühasirəyə alınıb.

Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 181 nəfər olub. Onlardan 179-u Cənubi Koreya, daha ikisi isə Tailand vətəndaşıdır.

İki qadın – sərnişin və stüardessa xilas edilərək xəstəxanaya yerləşdirilib.

Azpost.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью