Cənubi Koreya Şimali Koreyaya hərbi danışıqlar aparmağı təklif edib

17.11.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 noyabr, AZƏRTAC

Cənubi Koreya sərhəd yaxınlığında mümkün toqquşmaların qarşısını almaq məqsədilə Hərbi Demarkasiya Xəttinin (MDL) dəqiqləşdirilməsini müzakirə etmək üçün Şimali Koreya ilə hərbi danışıqlar aparmağı təklif edib.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Cənubi Koreyanın Milli Müdafiə Siyasəti nazirinin müavini Kim Honq-Çol açıqlama verib. O, təsadüfi toqquşmaların qarşısını almaq və hərbi gərginliyi azaltmaq üçün hərbi hakimiyyət orqanları arasında danışıqların keçirilməsinin təklif edildiyini bildirib.

Xatırladaq ki, Cənubi Koreya ilə Şimali Koreya arasında ümumi səviyyəli hərbi danışıqlar sonuncu dəfə 2018-ci ildə keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью