Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreya hökuməti Ukraynadakı səfirini geri çağırır
Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik iki ölkə arasındakı müxtəlif məsələlərin bundan sonra sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib və Kiyevlə məsləhətləşmələri davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, Ukrayna-Cənubi Koreya qalmaqalı davam edir. 24 sentyabrda Cənubi Koreya prezidenti Li Çje Myonq Ukrayna lideri Vlodomir Zelenskinin Şimali Koreyadan hərbi əsirlərin köçürülməsi ilə bağlı məlumatları açıqlamaq qərarını tənqid edib. O, iki tərəfin əvvəllər bu məlumatları açıqlamamaq barədə razılığa gəldiyini bildirib.
Gülşən Şərif