Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna sosial sahəyə dəstək üçün Cənubi Koreyadan 100 milyon dollar alıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib.
“Ukrayna Koreya Respublikasından 100 milyon dollar alıb. Bu, koreyalı tərəfdaşlarımız tərəfindən sosial sahənin dəstəklənməsinə yönələcək ilk büdcə yardımıdır”, - Şmıqal yazıb.
Onun sözlərinə görə, 2024-cü ildə iki ölkə hökumətləri arasında 2,1 milyard dollara qədər vəsait cəlb etməyə imkan verən saziş imzalanıb.
O, həmçinin Cənubi Koreyaya Rusiya ilə münaqişə zamanı göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.