Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Cənubi Koreyada keçirilən prezident seçkilərinin qalibi liberal namizəd Li Çje Myon olub. O, ölkənin əsas müxalif qüvvəsi sayılan “Toburo” Demokrat Partiyasını təmsil edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nexta” məlumat yayıb.
Səsvermənin 96,74 faizinin nəticələrinə əsasən, Li Çje Myon 49,05 faiz səs toplayıb. Onun əsas rəqibi – mühafizəkar “Vətəndaş Gücü” partiyasının namizədi Kim Mun Su isə 41,68 faiz səs əldə edib.
Qeyd edək ki, Cənubi Koreyada əvvəlki prezident çevriliş cəhdində təqsirləndirilərək vəzifəsindən uzaqlaşdırılıb. Yeni seçilən prezidentin qarşısında isə ölkədə sabitliyi və demokratik dəyərləri bərpa etmək kimi ciddi vəzifələr durur.
Aysel Əliyeva
Globalinfo.az