Cənubi Koreya yeni PUA sınaqdan keçirdi KONKRET

13.11.2024

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələri ilk dəfə olaraq döyüş gəmisindən sabit qanadlı pilotsuz uçan aparatı uğurla havaya buraxıb.

KONKRET.az “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki,  keçirilən sınaqlarda, Amerika firması “General Atomics Aeronautical System Inc”. tərəfindən hazırlanmış “Mojave” PUA-nın prototipi 14 min ton ağırlığında “ROKS Dokdo” gəmisindən havaya qalxıb. PUA-nın uzunluğu 9 metr, eni isə 16 metrdir.Təxminən bir saat davam edən uçuşdan sonra PUA Seuldan 273 kilometr cənub-şərqdə yerləşən Pohang şəhərindəki Hərbi Hava Qüvvələri Komandanlığının uçuş-enmə zolağına təhlükəsiz eniş edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью