Cənubi Koreya Zelenskini Şimali Koreyaya görə hədələdi

02.10.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az “Reuters”ə istinadən xəbər verir ki, Seul belə bir razılaşmanın mövcudluğunda qətiyyətlə israr edir.

"Əgər faktları etiraf etməkdən və ictimaiyyətdən üzr istəməkdən imtina davam edərsə, biz əlavə tədbirlər görəcəyik", - Prezident Li Cje Myun X (tvitter) sosial platformasında yazıb.

O, həmçinin Ukrayna tərəfinin Şimali və Cənubi Koreya arasında qaçılmaz hərbi toqquşma ilə bağlı açıqlamalarından dərin təəssüf hisis keçirdiyini də dilə gətirib. Li Çje Myon bu cür açıqlamaların Koreya yarımadasında müharibəni qızışdırdığını qeyd edib.

Məlumata görə, mübahisə Şimali Koreya ilə gərginliyi azaltmaqda çətinlik çəkən Li Cje Myun administrasiyası üçün çətin bir vaxta təsadüf edir.

Qeyd edək ki, Ukrayna ilə Cənubi Koreya arasında gərginliyin yaranmasına səbəb Prezident Volodimir Zelenskinin sentyabrda BMT Baş Assambleyasında Kiyevin Rusiya tərəfində döyüşən iki Şimali Koreya əsirini Cənubi Koreyaya verməsi ilə bağlı açıqlaması olub.

Cənubi Koreya Prezident Zelenskinin bu açıqlamasını ciddi şəkildə qınayıb. Seul Kiyevi məhbusların köçürülməsi ilə bağlı məxfilik müqaviləsini pozmaqda günahlandırıb, Ukrayna rəsmiləri isə belə bir razılaşmanın olmadığını iddia edib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью