Cənubi Koreyada anomal istilər hökm sürür

03.08.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Koreyada anomal istilər ölkə üzrə ciddi fəsadlara səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Koreya Meteorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkənin əksər bölgələrində yüksək temperaturla bağlı xəbərdarlıq qüvvədə qalır və bəzi ərazilərdə havanın temperaturu 40 dərəcəni keçib.

Məlumata görə, güclü istilər nəticəsində may ayının ortalarından indiyədək ölkədə azı 14 nəfər ölüb.

Bununla yanaşı, Tequ şəhərində temperatur 1942-ci ildən bəri ilk dəfə 40 dərəcəni ötüb. Yangsan şəhərində isə termometrlər 42,5 dərəcə göstərib ki, bu da 1904-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью