Cənubi Koreyada Azərbaycanın turizm potensialı təqdim edilib

25.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Koreyada Azərbaycanın turizm potensialı və turizm sahəsindəki imkanları təqdim edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan Turizm Bürosu tərəfindən təşkil edilmiş, ölkənin turizm potensialı, üstünlükləri və imkanlarının təqdimatına həsr olunmuş tədbirdə salamlama nitqi ilə çıxış etməkdən məmnun oldum. Əminəm ki, Azərbaycan və Koreya Respublikası arasında turizm sahəsində əməkdaşlıq yaxın illərdə inkişaf edəcək və tükənməz ilham mənbəyinə çevriləcək", - məlumatda qeyd olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью