Cənubi Koreyada bülletenlərin 100 % i hesablanıb, Li Çje Myon liderdir

04.06.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Koreyada keçirilən prezident seçkilərində bülletenlərin 100 %-nin hesablanmasından sonra "Toburo" Demokrat Partiyasının namizədi Li Çjo Myon səslərin 49,42 %-ni qazanaraq qalib gəlib.

Bu barədə “Yonhap” ölkənin Mərkəzi Seçki Komissiyasının səslərin hesablanmasının nəticələrinə istinadən xəbər verir.

Məlumata görə, onun mühafizəkar “Vətəndaş gücü” Partiyasından əsas rəqibi Kim Mun Su 41,15 % səs toplayıb.

Səsvermələrdə 35,24 milyondan çox seçici iştirak edib. Bu il səsvermə hüququna malik olan seçicilərin ümumi sayı təxminən 44,39 milyon nəfər olub. Eyni zamanda, mayın 29-30-da keçirilən növbədənkənar seçkilərdə seçicilərin 34,74 faizi səs verib.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью