Cənubi Koreyada bütün Boeing təyyarələri yoxlanılacaq

30.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Muan hava limanında təyyarə qəzaya uğradıqdan sonra Cənubi Koreyadakı bütün Boeing 737-800 təyyarələri yoxlanılacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb. 

Qeyd edək ki, təyyarə qəzasında 179 nəfərin öldüyü, iki nəfərin sağ qaldığı bildirilirdi. Qəzaya səbəb kimi eniş şassisində problem olduğu qeyd edilir. Buna görə də dünən Cənubi Koreyanın Jeju Air şirkətinin başqa bir təyyarəsi də hava limanına qayıtmalı olub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью