Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi Prezident araşdırma tələb etdi

28.06.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

Cənubi Koreyanın DÇ-2026-da mübarizəni erkən dayandırması ölkə rəhbərliyinin də reaksiyasına səbəb olub.

Apasport.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Ce Myonq millinin dünya çempionatından kənarda qalmasına görə təəccübləndiyini bildirib.

O, mundiala hazırlıq prosesində dövlət dəstəyi resurslarının investisiya kimi istifadə edildiyini xatırladaraq, Mədəniyyət, İdman və Turizm Nazirliyindən vəziyyətin dərindən araşdırılmasını istəyib.

Prezident uğursuzluğun səbəblərinin təhlil edilməsini və bunun təkrarlanmaması üçün kompleks tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, Cənubi Koreya DÇ-2026-da A qrupunu 3-cü pillədə başa vursa da, ən yaxşı üçüncülər sırasında yer ala bilməyərək turnirlə vidalaşıb.

DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? Mahrez dubl etdi - Oyunun ən yaxşısı seçildi Afrikadan DÇ-2026-da tarixi nəticə - 10 komandadan 9-u pley-offda Messidən daha bir rekord - Ardıcıl 7-ci DÇ matçında qol vurdu Argentina-İordaniya: Lo Selso ən yaxşı seçildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью