Cənubi Koreyada güclü meşə yanğını başladı

22.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Cənubi Koreyanın şərqində güclü meşə yanğını başlayıb.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, hadisə yerinə 30 texnika və 228 xilasedici cəlb olunub. Yanğın nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Ətraf ərazilərin sakinlərinin təxliyəsi barədə məlumat yoxdur.

Yanğının tam söndürülməsi üçün yanğınsöndürən helikopterlərdən istifadə edilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью