Cənubi Koreyada hava hücumu həyəcanı Televiziya yayımları dayandırıldı

24.11.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Rusiya hərbi təyyarələrinin hava hücumundan müdafiə identifikasiya zonasına daxil olması ilə əlaqədar Cənubi Koreya döyüş təyyarələrini havaya qaldırıb. 
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Ulleung adasında hava hücumu sirenləri səslənib, təxminən 9 min nəfərə yeraltı sığınacaqlara getmələri barədə xəbərdarlıq edilib.
Ölkədə televiziya yayımları da fövqəladə vəziyyət xəbərdarlıqları səbəbindən dayandırılıb.
Rusiya hərbi təyyarələrinin Koreya yarımadası ilə Yaponiya arasındakı sularda aşkar edilməsindən sonra Cənubi Koreya ordusu hərəkətə keçib. İlk açıqlamalarda ölkənin hava məkanının pozulduğu bildirilsə də, rəsmilər daha sonra Rusiya təyyarələrinin Şərq dənizi üzərindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olduğunu açıqlayıblar.
Cənubi Koreya ordusunun sözçüsü Rusiya təyyarələrinin Ulleung adasının hava məkanını pozma həddinə qədər yaxınlaşdığını bildirib.
Təyyarələrin izlədiyi marşrut səbəbindən mümkün hava məkanı pozuntusunun qarşısını almaq üçün tədbirlər görüldüyü qeyd olunub. Cənubi Koreya Rusiya hərbi attaşesinin Müdafiə Nazirliyinə çağırılacağını açıqlayıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью