Cənubi Koreyada hərbçilər yaşayış evlərinə bomba atdılar

06.03.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün ABŞ və Cənubi Koreya hərbçilərinin keçirdikləri birgə təlim zamanı faciə baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kyonqi əyalətinin Pxoçxon rayonunda yerləşən poliqon yaxınlığında baş verib.

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus 2  hərbi təyyarə poliqon ərazisindən kənara 8 aviamərmi buraxıb. Mərmilər Noqok kəndinin ərazisinə düşüb. Nəticədə 7 yaşayış evi və kilsə dağılıb, həmçinin, yük avtomobili yanıb. Ölüm olmasa da, 15 nəfər kənd sakini yaralanıb ki, onlardan ikisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, ölkənin müdafiə nazirliyi hələlik  hadisənin baş vermə səbəblərinin araşdırıldığı barədə açıqlama yaymaqla kifayətlənib. Pilotların koordinatları səhv saldığı və mərmiləri kənd ərazisinə buraxdıqları ehtimal olunur.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью