Cənubi Koreyada hərbi bazada güclü partlayış Xəsarət alanlar var

23.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Cənubi Koreyanının cənub-şərqində yerləşən hərbi bazada güclü partlayış baş verib.

Oxu.Az bu barədə "Yonhap" agentliyinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində üç mülki şəxsin xəsarət aldığı bildirilir.

Qeyd olunur ki, partlayış hərbi hissənin təchizat bazasında yerləşən, təhlükəli maddələrin saxlanıldığı çənə baxış zamanı baş verib.

Hadisənin digər təfərrüatı hələlik məlum deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью