Cənubi Koreyada hərbi vəziyyət elan edildi

03.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Cənubi Koreyada hərbi vəziyyət elan edilib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.

O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.

Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью