Cənubi Koreyada hərbi vəziyyət elan olunub

03.12.2024

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Cənubi Koreyada hərbi vəziyyət elan olunub.

Trend xəbər verir ki, bunu Cənubi Koreyanın prezidenti Yun Sok Yol xalqa müraciətində bəyan edib.

"Azad Koreya Respublikasını Şimali Koreya kommunist qüvvələrinin təhlükəsindən qorumaq, xalqımızın azadlığını və xoşbəxtliyini talan edən mənfur anti-dövlət qüvvələrinin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyət elan edirəm", - o bildirib.

O, müraciətində konkret olaraq hansı tədbirlərin görüləcəyini açıqlamayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью