​Cənubi Koreyada hərbi vəziyyət ləğv edildi | Icma.az
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır. Cənubi Koreya parlamentində Prezident Yoon Suk Yeolun elan etdiyi hərbi vəziyyətin
Metbuat.az xəbər verir ki, iclasda hərbi vəziyyətin ləğv edilməsi barədə səsvermə keçirilib və yekdilliklə qəbul edilib.
Cənubi Koreya Milli Assambleyası sədrinin ofisinin açıqlamasına görə, ölkədə elan edilən hərbi vəziyyət səsvermədən sonra qüvvədən düşüb.
Konstitusiyaya görə, parlament səs çoxluğu ilə hərbi vəziyyəti ləğv edə bilər.
Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol müxalifətin dövlət əleyhinə fəaliyyətlə məşğul olduğunu irəli sürərək, ölkədə hərbi vəziyyət elan etmişdi.
Hərbi vəziyyət elan edildikdən sonra əsgərlər Milli Assambleya binasına daxil olublar.
Seul səmalarında helikopterlər patrul uçuşları həyata keçirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu