Cənubi Koreyada hərbi vəziyyət ləğv edildi

04.12.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Cənubi Koreya hökuməti hərbi vəziyyətin ləğvinə razılıq verib.

 Gununsesi.info  xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Seok-yeol  deyib.

Vətəndaşlara müraciətində prezident bildirib ki, hərbi vəziyyət komandanlığı ləğv edilib. Onun sözlərinə görə, qoşunlar öz bölmələrinə qayıdıblar.

Yun Seok-yeol müxalifət partiyalarını ölkəni iflic edən çirkin hərəkətlərinin dərhal dayandırmağa çağırıb.

Bildirilib ki, Şimali Koreyadan “qeyri-adi hərəkətlərin” qeydə alınmayıb.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Seok-yeol dekabrın 3-ü axşam saatlarında “Şimali Koreya tərəfdarı qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün” hərbi vəziyyət elan edib.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью