Cənubi Koreyada insansız mağaza dövrü başlayıb

18.05.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Koreyada azalan doğum səviyyəsi və artan əməkhaqları avtomatlaşdırmanı sürətləndirib.

BAKU.WS xəbər verir ki, ölkədə artıq heç bir işçisi olmayan, 24 saat fəaliyyət göstərən mağazalar geniş yayılıb. Dondurma, market, suşi və hətta barlar belə insansız işləyir.

Sahibkarlar bu modeli maaş və işçi çatışmazlığına qarşı alternativ kimi seçirlər. İdarəetmə isə mağazaları uzaqdan nəzarətdə saxlayan menecerlər tərəfindən həyata keçirilir. Ölkədə oğurluq səviyyəsinin aşağı olması bu sistemin uğuruna əlavə dəstək verir.

Mütəxəssislər hesab edir ki, qarşıdakı illərdə ölkədə iş yerlərinin 40%-dən çoxu avtomatlaşdırıla bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью