Cənubi Koreyada istidən ölənlərin sayı 21 nəfərə çatıb

05.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Cənubi Koreyada may ayından bəri ümumilikdə 2441 nəfər isti hava ilə əlaqəli xəstəliklərlə bağlı təcili yardım şöbələrinə müraciət edib.

Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyi (KDCA) məlumat yayıb.

Məlumata görə, Cənubi Koreyada istilik 42 dərəcəyə çataraq milli rekord qırıb.

Belə ki, bu ilki hava 1942-ci ildən bəri ilk dəfə 40 dərəcəlik həddi keçib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью