Cənubi Koreyada meşə yanğını ilə əlaqədar sakinlər təxliyə edilir

07.04.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Koreyanın cənub-şərqindəki Hadonq bölgəsində başlayan meşə yanğını səbəbindən sakinlərə təxliyə əmri verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Hadonqda yaşayan 70 yaşlarında bir şəxsin otbiçən maşınla yanğına başladığının təxmin edildiyini bildirən səlahiyyətlilər, ərazi sakinlərinə təxliyə əmri verib.

Səlahiyyətlilər yanğınla bağlı araşdırmalara başlanıldığını qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью