Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 30 u ötüb

02.04.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Koreyanın cənub-şərqində ölkə tarixinin ən dəhşətli meşə yanğınları nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Gununsesi.info -nun xəbərinə görə, bu barədə “Yonhap News Agency” məlumat yayıb.

Bundan əvvəl 26 nəfərin öldüyü bildirilirdi.

Meşə yanğınları nəticəsində 4 015 ev, 1 914 kənd təsərrüfatı və heyvandarlıq obyekti, 7 kilsə və 986 digər tikili zərər görüb.

11 regionda təqribən 48 min hektar meşə sahəsi yanıb, nəticədə 3 307 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью