Cənubi Koreyada meşə yanğınlarının əsas hissəsi nəzarət altına alınıb

29.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Pekin, 29 aprel, AZƏRTAC

Cənubi Koreyanın Tequ şəhəri yaxınlığında Hamci dağında aprelin 28-də başlayan meşə yanğını nəzarət altına alınıb.

AZƏRTAC Cənubi Koreyanın meşə xidmətinə istinadla xəbər verir ki, 23 saatlıq əməliyyatdan sonra yanğını nəzarət altına almaq mümkün olub. Yanğın 260 hektar sahəyə ziyan vurub. Yanğınla mübarizəyə 1515 nəfər şəxsi heyət, 400 texnika, 2 helikopter cəlb olunub.

Səlahiyyətli qurumlar güclü küləyin yanğını daha çox əraziyə yayması ehtimalını əsas götürərək ən yuxarı səviyyədə təhlükə xəbərdarlığı elan edib. Təbii fəlakət zonasından 2 mindən çox sakin təxliyə edilib. Yanğın nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Yanğın təhlükəsinə görə bağlanan magistral yolda hərəkət bərpa edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью