Cənubi Koreyada müxalifətçi deputatlar aclıq aksiyasına başladılar

11.03.2025

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreyada müxalifətdən olan deputatlar prezident Yoon Suk Yeolun həbsi tələbi ilə aclıq aksiyasına başlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreyada müxalifət parlamentariləri elan etdiyi hərbi vəziyyətə görə səlahiyyətlərinin dayandırılmasından sonra Cənubi Koreya prezidenti Yoon Suk Yeolun Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən uzaqlaşdırılmasını tələb edərək aclıq aksiyasına başlayıblar.

Aclıq aksiyası ilə yanaşı deputatlar saçlarını da qırxdırıblar.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeolun səlahiyyətlərinin dayandırılması ilə nəticələnən hərbi vəziyyət böhranının nəticələri davam etdikcə, müxalifət Yoona qarşı başlanmış impiçment prosesi ilə bağlı yekun qərarı verəcək Konstitusiya Məhkəməsinə təzyiqləri artırıb.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью