Cənubi Koreyada növbədənkənar prezident seçkiləri başa çatıb YENİLƏNİB | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Cənubi Koreyada növbədənkənar prezident seçkiləri başa çatıb.
APA xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb. "Exit-poll"un nəticələrinə görə, seçkilərdə müxalif Demokratik Birləşmiş Partiyasının
Debatlar zamanı o, Rusiya və Çinə qarşı hədsiz düşmənçiliyə qarşı çıxıb, ABŞ-la ittifaqı Seulun xarici siyasətinin əsası adlandırıb.
*** 10:23 Bu gün Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir. APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Seçki məntəqələri yerli vaxtla səhər saat 6:00-da açılıb və axşam saat 20:00-da bağlanacaq.
Prezidentliyə namizədlər sırasında ən böyük müxalif partiya - Demokratik Partiyanı təmsil edən Li Jae-myung, hakim Xalq Gücü Partiyasının namizədi Kim Mun-Soo, Yeni İslahat Partiyasından Li Cun-Suk, Demokratik Fəhlə Partiyasından Kvon Yonq-quk, eləcə də müstəqil namizədlər – keçmiş Baş nazir Hvanq Kyo-ahn və iş adamı Jin Ho Son yer alır.
Milli Seçki Komissiyasının məlumatına əsasən, yerli vaxtla saat 11:00-a əsasən seçici fəallığı 18,2 faiz təşkil edib və artıq 8 milyondan çox seçici səs verib.
Qeyd edək ki, növbədənkənar seçkilər keçmiş prezident Yoon Suk-Yeolun dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdindən sonra, dekabrın 14-də impiçment elan edilməsinə görə keçirilir.
Tam oxu
Xəbəri oxu