Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Cənubi Koreyada yüzlərlə sakin hərbi vəziyyətin tətbiqinə etirazlarını bildirmək üçün Seuldakı Milli Assambleyanın qarşısına toplaşıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. "Report" xəbər verir ki, parlamentin girişi polis tərəfindən bağlanıb.
Bəzi etirazçılar prezidentin həbsi tələbi ilə çağırış ediblər.
Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Hərbi vəziyyət Şimali Koreyanın dövlətdaxili işlərə müdaxiləsinin qarşısını almaq və konstitusiya hüququnu bərpa etmək üçün tətbiq olunub.