Cənubi Koreyada polis baş naziri dindirməyə çağırıb

10.12.2024

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Cənubi Koreya polisi dekabrın 3-də hərbi vəziyyət elan edilməsi ilə əlaqədar baş nazir Han Deok-su və Nazirlər Kabinetinin daha 9 üzvünün dindirməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hanguk İlbo” qəzeti məlumat yayıb.
Bildirilir ki, sözügedən 10 nəfərin dekabrın 3-də hərbi vəziyyət elan edilməmişdən əvvəl və sonra Nazirlər Kabinetinin məhdud iclasında iştirak etdiyi güman edilir.
Hüquq-mühafizə orqanları Milli Kəşfiyyat Xidmətinin rəhbəri Ço Tae Yonqu da dindirməyə dəvət ediblər.
Polis xəbərdarlıq edib ki, nazirlər dindirilməyə gəlməsələr, məcburi istintaqla bağlı qanuni tədbirlər görülə bilər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью