Cənubi Koreyada polis prezidenti həbs etməkdən boyun qaçırıb KİV | Icma.az
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Cənubi Koreya Prezidenti Yun Sok Yolun həbsinə dair
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Hüquqi araşdırmadan sonra biz belə qənaətə gəldik ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin həbs orderinin tətbiqi barədə bildiriş hüquqi baxımdan mübahisəli məzmun daşıyır”, - deyə polisin xüsusi istintaq qrupunun rəis müavini bildirib.
O, həmçinin idarə ilə həbs qərarının tətbiqi ilə bağlı məsləhətləşmələri davam etdirmək qərarına gəldiklərini qeyd edib.
Agentlik yazır ki, polis bununla faktiki olaraq orderi icra etməkdən imtina etmək niyyətini nümayiş etdirib.
Qeyd edək ki, yanvarın 5-dən 6-na keçən gecə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Koreya Respublikasının Prezidenti Yun Sok Yola qarşı qiyam işi üzrə həbs orderinin icrasını polisə həvalə etmək qərarına gəlib.
Belə ki, orderin müddəti yanvarın 6-da başa çatır. İdarə müddətin uzadılması üçün məhkəməyə ərizə vermək niyyətindədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu