Cənubi Koreyada prezident əvəzinin impiçmenti istənilir | Icma.az
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edən ölkənin baş nazirinin müavini Çxve San Mokun impiçmenti haqqında təklif parlament aparatının profil orqanına təqdim edilib.
Bu barədə Oxu.Az YTN telekanalına istinadla xəbər verir. Bildirilir ki, müvafiq təkliflə Cənubi Koreya müxalifəti çıxış edib.
Buna səbəb kimi Ç.S.Mokun Konstitusiya Məhkəməsinə sonuncu hakimi təyin etməkdən imtina etməsi göstərilir.
Qanuna əsasən, impiçment üzrə səsvermə təşəbbüsün parlamentin plenar sessiyasına təqdim edilməsindən sonrakı 24 saatdan tez olmadan keçirilə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu