Cənubi Koreyada prezident seçkisinin vaxtı açıqlanıb

08.04.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pekin, 8 aprel, AZƏRTAC

Cənubi Koreya hökuməti növbəti prezident seçkisinin iyunun 3-də keçiriləcəyini rəsmən təsdiqləyib.

AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər xəbər verir ki, aprelin 8-də hökumətin iclasında prezident səlahiyyətlərini müvəqqəti icra edən Baş nazir Han Dok Su seçkinin iyunun 3-nə təyin olduğunu elan edib. Seçki günü ölkədə qeyri-iş günü olacaq.

Konstitusiyaya uyğun olaraq prezident vəzifəsi boşaldıqdan sonrakı 60 gün ərzində növbəti seçki keçirilməlidir. Konstitusiya Məhkəməsi sabiq Prezident Yun Sok Yolun impiçmentini aprelin 4-də təsdiqləyib.

Artıq Mərkəzi Seçki Komissiyası namizədlərin qeydiyyatına başlayıb. Proses mayın 11-də başa çatacaq. Seçkiqabağı təşviqat kampaniyası isə ondan bir gün sonra başlayacaq. Yeni seçilmiş prezident seçkilərin nəticələrində dərhal sonra keçid komandası olmadan səlahiyyətlərinin icrasına başlayacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью