Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cənubi Koreyanın Gyeongsan şəhərində 25 yaşlı Çin vətəndaşı Ven 20 avqustda Daegu Katolik Universitetinin məzuniyyət mərasimində iştirak etdikdən sonra bir vaxtlar ona dərs demiş, 31 yaşlı müəllimi Jelongun evinə yollanıb.
“Cebheinfo.az” xəbər verir ki, aralarında emosional münasibət olduğu bildirilən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Jelong gənc qadını qətlə yetirib.
Cinayəti gizlətmək üçün plan quran müəllim Venin meyitini hissələrə ayıraraq çamadana yerləşdirib. Daha sonra gənc qızın paltarlarını geyinərək qadın qiyafəsinə girən Jelong meyitin bəzi hissələrini şəhərin müxtəlif nöqtələrinə atıb.
İki gün ərzində izləri itirməyə çalışan qatil özünü Venin sevgilisi kimi təqdim edərək polisə onun itkin düşməsi barədə müraciət edib. Avqustun 23-də Ven Çinə qayıtmayanda ailəsi və yaxınları da itkin ərizəsi veriblər.
Çoxsaylı müraciətlərdən sonra araşdırmaya başlayan polis təhlükəsizlik kameralarında qadın qiyafəsində, əlində çamadan olan Jelongu müəyyən edib.
Evinə keçirilən əməliyyat zamanı saxlanılan müəllim cinayəti etiraf edib, axtarış zamanı isə Venin meyitinin bəzi hissələri aşkarlanıb.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin