Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cənubi Koreyada 60 yaşlarında bir kişi supermarketdə insanlara hücum edib.
525.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, insident İnçxon şəhərindəki Homeplus Co. adlı supermarketdə baş verib. Bir kişi alıcılara bıçaqla hücum edib.
Hücum nəticəsində altısı qadın olmaqla səkkiz nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları göndərilib. 60 yaşlarında olan bıçaqlı şəxs saxlanılıb. İnsidentlə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov