Cənubi Koreyada şagirdin məktəbə hücumu nəticəsində altı nəfər xəsarət alıb

28.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Cənubi Koreyanın Çxoncu şəhərində şagirdin məktəbə hücumu nəticəsində altı nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum edən şəxs silahlı olub, lakin agentlik istifadə olunan silahın növünü açıqlamayıb.

Qeyd olunur ki, xəsarət alanlar arasında bir müəllim də var.
Yaralananların vəziyyəti müxtəlif dərəcələrdə olsa da, onların heç biri kritik durumda deyil.
Zərərçəkənlərə tibbi yardım göstərilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью