Cənubi Koreyada səhvən kəndə bomba atan pilotlara ittiham irəli sürülüb

13.03.2025

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Cənubi Koreyada ötən həftə təlim meydanı yaxınlığında yerləşən kəndə səhvən bomba atmış döyüş təyyarəsinin iki pilotuna qarşı ittiham irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

“İnsidentin bilavasitə səbəbi pilotların səhv hədəf koordinatları daxil etməsi olub”, - deyə nazirliyin açıqlamasında bildirilir. Onlar səhlənkarlıq nəticəsində 24-ü mülki şəxs olmaqla 38 nəfərə xəsarət yetirməkdə və kilsə də daxil olmaqla, bir neçə binaya zərər vurmaqda ittiham edilirlər.

Hərbi Hava Qüvvələri komandanlığı hadisədən sonra iki komandiri işdən çıxarıb.

Qeyd edək ki, martın 6-da Seulun şimalındakı Poçeon şəhəri yaxınlığında iki qırıcı təyyarə təlim zamanı səkkiz aviasiya bombasını səhvən poliqondan kənara atıb. Onlardan biri yaşayış binasına dəyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью