Cənubi Koreyada təbii fəlakət baş verib, 4 nəfər ölüb

18.07.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Koreyada son günlər yağan güclü yağışlar nəticəsində 4 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində daha bir nəfər itkin düşüb.

5 mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Səlahiyyətlilərin məlumatına görə, qurbanların ən çoxu Çunçonqnamdo əyalətində qeydə alınıb. Güclü yağışlar torpaq sürüşməsinə, su basmasına və binaların uçmasına səbəb olub.

Ölkənin 13 şəhər və vilayətindən 5192 nəfər təxliyə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью