Cənubi Koreyada təlim zamanı raketlər hədəfdən yayınıb, yaralananlar var

06.03.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Cənubi Koreya hərbi aviasiyasının döyüş təlimləri zamanı iki ədəd “KF-16” qırıcısının atdığı 4 ədəd raket paytaxt Seuldan 40 kilometr şimala düşüb.

APA “BBC”yə istinadən xəbər verir ki, nəticədə 7 nəfər yalanıb, habelə kilsə və 6 ədəd tikili dağılıb.

İnsident zamanı bir yük avtomobilinə də ziyan dəydiyi bildirilib.

Cənubi Koreya Hərbi Hava Qüvvələri hadisə ilə bağlı rəsmi məlumat yayıb. Qeyd olunub ki, dəymiş ziyana görə təzminat ödəniləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью