Cənubi Koreyada təyyarə yanıb, sərnişinlər təxliyə edilib YENİLƏNİB

28.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Cənubi Koreyanın Busan şəhərindəki Gimhae Beynəlxalq hava limanında təyyarə yanıb.

APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bildirilib ki, göyərtədəki 169 sərnişin və 7 ekipaj üzvünün hamısı təxliyə edilib və heç bir xəsarət alan olmayıb.
Qeyd edilib ki, Honq Konqa uçan “Air Busan” təyyarəsi havaya qalxmazdan əvvəl quyruq hissəsində yanğın baş verib.

***

17:57

Cənubi Koreyada təyyarə yanıb.

APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Yanğın Busan şəhərindəki hava limanında baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью