Cənubi Koreyada yapon kollaborantlarının əmlakının müsadirəsi planlaşdırılır

15.08.2026

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Cənubi Koreya hakimiyyəti Yaponiyanın 1910-1945-ci illərdəki müstəmləkə hakimiyyəti dövründə Yaponiya ilə əməkdaşlıq etmiş şəxslərin qanunsuz əldə etdikləri əmlakı araşdıraraq müsadirə etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Çje Men bildirib ki, müsadirə ediləcək əmlakdan əldə olunan vəsait müstəqillik uğrunda mübarizə aparan şəxslərə və onların ailələrinə yardım üçün yönəldiləcək.

Onun sözlərinə görə, bununla bağlı xüsusi qanun iyunun 2-də elan edilib. Qanun çərçivəsində yaponpərəst kollaborantların (işğalçı dövlətlə əməkdaşlıq edən yerli şəxs) necə varlandığını araşdıran komitə 16 illik fasilədən sonra fəaliyyətini bərpa edəcək. Qanunun dekabrın 2-də qüvvəyə minməsi gözlənilir.

Bununla yanaşı, Li Çje Men Cənubi Koreya ilə Yaponiya arasında əməkdaşlığın vacibliyini vurğulayıb. O, iki ölkənin təchizat zəncirləri, enerji və qabaqcıl sənaye sahələrində əməkdaşlığı genişləndirdiyini bildirib.

Qeyd edək ki, Cənubi Koreya avqustun 15-də Koreya yarımadasının Yaponiyanın müstəmləkə hakimiyyətindən azad edilməsinin 81-ci ildönümünü qeyd edir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью