Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 13 noyabr, AZƏRTAC
Cənubi Koreyanın Köngido əyalətinin Puçhon şəhərində kiçik yük maşınının bazardakı dükanlara çırpılması nəticəsində azı iki nəfər ölüb, 18 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, hadisə yerli vaxtla saat 10:55-də baş verib.Yaralılardan altısının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə 60-a yaxın polis əməkdaşı və təcili yardım xidməti cəlb edilib. Sürücü hadisə yerində saxlanılıb. Faktla bağlı araşdırma başladılıb.