Cənubi Koreyada zəncirvari qəza avtobus 32 nəqliyyat vasitəsi ilə toqquşdu

12.11.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Sonqnam rayonunda zəncirvari qəza baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı sürücünün idarə etdiyi avtobus yerli vaxtla səhər saat 7:30 radələrində mikroavtobusa, 4 avtobusa və 27 avtomobilə çırpılıb.

Avtobusun maneəyə çırpılaraq dayandığı qəzada ən azı 48 nəfər yaralanıb.

Spirtli içkinin təsiri altında olmadığı aşkarlanan sürücü qəzanın əyləclərin işləməməsi səbəbindən baş verdiyini bildirib.

Qəza ilə bağlı araşdırma başladılıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью