Cənubi Koreyadakı vəziyyəti nəzarətdə saxlayırıq NATOnun Baş katibi AzPolitika onlayn siyasiictimai qəzet

04.12.2024

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

NATO Alyansın mühüm tərəfdaşı olan Cənubi Koreyadakı vəziyyəti izləyir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu təşkilatın Baş katibi Mark Rütte Brüsseldə NATO ölkələrinin XİN başçılarının iclasından əvvəl bildirib.

"Cənubi Koreya bizim mühüm tərəfdaşımızdır. Biz vəziyyəti diqqətlə izləyirik, lakin hazırda bu məsələni şərh etməyəcəyəm", - o qeyd edib.

Qeyd edək ki, Koreya Respublikasının altı müxalifət partiyası Prezident Yun Sok Yolun impiçmenti ilə bağlı təklif irəli sürüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью